Yəqinki çoxunuzun tarotla bağlı məlumatı var. İnsanlar tarotu təsvir edərkən iki əsas sözdən istifadə edir ''fal'' və ''kəhanət'' Amma əksəriyyət tarotun fal olduğuna inanır. Bəs doğrudan tarot faldır ? Bunu anlamaq üçün bu terminlər arasında fərq qoymaq vacibdir:
1. Fal:
- Fal, gələcəyi və ya müəyyən bir vəziyyəti anlamaq və ya şərh etmək üçün simvollar, şəkillər və ya kartlar kimi alətlərdən istifadə etməkdir.
- Falçılıq adətən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək, suala cavab tapmaq və ya gələcəyi görmək üçün edilir.
- Falçılıq daha ümumi və şəxsi səviyyədə məlumat verməyə meyllidir. Məsələn, o, bir insanın münasibətləri və ya onların məşğulluq vəziyyəti ilə bağlı gələcəkdə nə baş verə biləcəyi haqqında məlumat verə bilər.
2. Kəhanət:
- gələcək hadisələri və ya inkişafı qabaqcadan görmək və ya proqnozlaşdırmaq üçün edilən bir təcrübədir.
- Falçılıq gələcək hadisələri proqnozlaşdırmaq məqsədi daşıyır, adətən daha proqnozlaşdırıcı və konkretdir.
- bəzən dini və ya mistik inanclarla əlaqələndirilir, bəzi hallarda isə müqəddəs kitab və ya təlimin təfsiri ilə əlaqələndirilə bilər.
Bir sözlə, falçılıq ümumiyyətlə daha şəxsi xarakter daşıyır və qeyri-müəyyənliklərlə əlaqədardır,kəhanət isə daha ümumi xarakter daşıyır və gələcək hadisələrin konkret proqnozlaşdırılmasına yönəlib.
Məşhur inancın əksinə olaraq, tarot əslində falçılıqdan uzaqdır. Tarot, 78 kartdan ibarət dəstəyə verilən addır və tarot açma fal deyil, falçılıq vasitəsidir.
İnsanın qarşısında 78 kart açılır və ondan kart seçmək istənildikdə insanın seçdiyi və ya tarot oxuyucunun seçdiyi kartlar enerji ilə bağlıdır. Hər bir insanın bədəninin içində ruh adlı izaholunmaz bir enerji var. Bu enerji bəzən auramızı da ifadə edir. Bu aura/enerji, nə dediyinizdən asılı olmayaraq, sizi həmin 78 kartdan hansını seçməyə yönəldir. Beləliklə, biz Tarotu enerji oxuma üsulu adlandıra bilərik.
Sevgi və İşıqla ✨