Çakra qədimi Hindistan dili olan Sanskrit dilindən tərcümədə çarx, dairə deməkdir. Və bədəndəki enerji mərkəzlərini bildirir. Aşağıdan yuxarıya doğru 7 əsas çakramız vardır. Hər biri müəyyən orqanlarla və bədəndəki sinirlərlə əlaqəlidir. Çakralarımız balanslı olduqda biz daha sağlam, xoşbəxt oluruq, hisslərimizi dərindən yaşayırıq və eyni zamanda sezgilərimiz güclənir. Burada enerjiler bloklandıqda isə həmin bölgələrdə xəstəliklər yarana bilər və ya həmin çakranın əlaqəli olduğu mövzularla əlaqəli problemlər yaranmağa başlayar. Bəs onları necə aktiv tuta bilərik deyə soruşsanız yoga və ya meditasiyalar edə bilərik. Çox zaman insanlar söyləyirlər “ay mənim bu çakram bağlıdır”, “ay bu çakram açıqdır” əvvəlcədən söyləyim qapalı və ya açıq çakra olmur. Çakralar siz yaşadığınız müddətcə açıqdır. Bir də siz öldükdə bağlanar. Çünki bunlar sizin enerji mərkəzlərinizdir. Sadəcə daha çox istifadə edə bildiyiniz və ya bilmədiyiniz çakralar vardır.
Gəlin indi 7 çakramızı tanıyaq :
Toplam 7 çakranın alt 3-ü dünyəvi üst 3-ü isə ruhsal mövzularla əlaqəlidir. Ortadakı Ürək çakrası isə arada körpü rolu oynayır.
Çakraları balanslaşdırmaq üçün əvvəlcə hansı çakrada problem olduğunu tapmaq lazımdır. Sonra həmin çakra üzərində meditasiya və ya çalışmalar edərək balanslaşdıra bilərsiniz. Meditasiyalarda hər bir çakranın aid olduğu bölgəni vizuallaşdıraraq həmin çakranın rəngindən istifadə etmək çox yararlı olacaq. İçinizə gələrək etdiyiniz hər bir şey doğrudur həmişə. Ona görə ruhsal olaraq çalışmalar edərkən xüsusi bir texnika axtarmayın. İçinizə gələrək və rahat bir şəkildə etdiyiniz hər şey sizin üçün ən uyğunudur.
Bəs çakranın balansda olmadığını necə bilmək olar? İlk öncə enerjisəl təsirlər insanın aurasına təsir edir sonra isə həll olunmadıqca bədənə keçir. Ona görə ilk öncə gündəlik həyatda qarşınıza çıxanlara və baş verənlərə fikir verin görün sizə hansı mesajlar anlatılmaq istənir. Əgər insan həmin fərqindəliyi yaşamazsa o zaman bədəndə xəstəliklər yaranmağa başlayır. Və bir növ ruhunuz sizə siqnal verir ki, artıq bu məsələni həll et. Bədənin harasında nə baş verməsinə görə mövzular dəyişir. Onları tapıb həll etməklə də çakralarınızı balanslaşdıra bilərsiniz.
Sevgi və İşıqla ✨